Zəhmət-Ruzi MMC koronavirusla mübarizə fonduna vəsait köçürüb.


"Zəhmət-Ruzi" MMC Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib. Azərbaycanın qida sənayesinin nəhənglərindən biri kimi "Zəhmət-Ruzi" MMC öz korporativ sosial məsuliyyətindən irəli gələrək dövlətin koronavirusla mübarizəyə dəstək çağırışına qoşulub. Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının kifayət qədər geniş coğrafiyada yayılmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı bu infeksiyanı qlobal pandemiya elan edib. Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti ardıcıl və çoxşaxəli tədbirlər həyata keçirməkdədir. "Zəhmət-Ruzi" MMC və digər ayrı-ayrı, sahibkarlıq subyektlərinin, fərdi şəxslərin də bu çağırışa qoşularaq görülən tədbirlərə fəal dəstək verməsi, onların sosial məsuliyyətini, cəmiyyətimizdəki milli həmrəyliyi, dövlət – vətəndaş birliyini nümayiş etdirir. Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldilır.