KEYFİYYƏTƏ NƏZARƏT

İslam qaydaları əsasında hazırlanan, ekoloji təmiz, yüksək keyfiyyətlə “SAB” ət və süd məhsulları beynəlxalq standartlara uyğun şəkildə olan faydalı maddələr və minerallarla zəngin olan məhsulları təqdim edir. “SAB” ticarət nişanı “AZS” – Keyfiyyət, İdarəetmə Standartının sertifikatına layiq görülüb. İlk dəfə “SAB” şirkəti tərəfindən “KXN” – Keyfiyyətlə Xüsusi Nəzarət sisteminin tədbiqindən sonra “SAB” ticarət nişanı Azərbaycanın ət və süd bazarının 50%-nı nəzarətə götürüb.

TEXNOLOGİYA

«SAB» «Moscow Halal Expo-2014», «Moscow Halal Expo-2015» və «Moscow Halal Expo-2016»nın qalibi olub. 2015-ci ildə Qazaxıstanda bu uğurumuzu təkrarladıq və tədbirin əsas mükafatı olan «Grand Prix»yə layiq görüldük. 2016-cı ildə Azərbaycanda ət və süd məhsulları sektorunda fəaliyyət göstərən, müasir avadanlıqlarla təchiz edilmiş, yerli və beynəlxalq standartlara cavab verən «Zəhmət-Ruzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin «SAB» ticarət nişanı USAİD Təşkilatının dəstəyi ilə Azad İstehlakçılar Birliyinin təsis etdiyi «Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi nişanı»nın (AİQTN Keyfiyyət Nişanı) «Platinium» nişanına layiq görülüb.

LABORATORİYA

Zavodumuzun nəzdində məhsulların, eləcə də xammalın tam sağlam və təbii tərkibə malik olmasına nəzarət edən beynəlxalq akkreditasiyadan keçmiş Laboratoriya fəaliyyət göstərir. Müəssisəyə daxil olan hər bir xammal və ya hazır şəkildə çıxan məhsul burada analizlərdən keçirilir. Yüksək ixtisaslı kadrların fəaliyyət göstərdiyi Laboratoriya ən müasir və hərtərəfli avadanlıqlarla təchiz olunub. Yüksək ixtisaslı kadrlar dedikdə nəzərdə tutulan əməkdaşlarımızın hər birinin bu sahə üzrə elmi dərəcəsinin olmasıdır. Burada qida sahəsinə aid istənilən məhsulun tərkibi yoxlanıla və istənilən qurumda tanınacaq rəsmi rəy alına bilər. Həmçinin laboratoriyada həkim-mikrobioloq və fiziki-kimyəvi müayinə otaqları da mövcuddur. Laboratoriyanın müdiri baytarlıq elmləri namizədi Tahir Əfəndiyevdir.

TƏDARÜK VƏ İSTEHSAL

Məhsullarımız Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) proqramının tələblərinə tam uyğundur və ən yüksək dərəcəli "Platinium" nişanına görülüb. Bu o deməkdir ki, xammal kimi istifadə etdiyimiz süd yalnız təbii süddür, yəni onun tərkibinə soya maddələri və ya digər qatqılar əlavə olunmur. Ət məhsullarımız da eynilə süd məhsulları kimi təbiidir və 99% yerli xammaldır. Xammalın kəsimindən çatdırılmasına qədər bütün proseslər zavodumuzda bizim tərəfimizdən və İslam qaydalarına tam uyğun şəkildə - halallıq prinsipi ilə həyata keçirilir. İstehsal prosesi demək olar ki, tam avtomatlaşdırılıb və sterildir. Ümumiyyətlə, müəssisəyə daxil olan xammal və satışa göndəriləcək məhsul laborotoriya şəraitində yoxlanılır və istehlakçıya tam yoxlanılmış, yüksək səviyyədə hazırlanmış formada təqdim olunur.