Miqrasiya Könüllüləri


Miqrasiya Könüllüləri "Bu necə hazırlanır?" layihəsi çərçivəsində "Sab" ət və süd məhsulları emalı zavoduna ekskursiya ediblər. Ekskursiya çərçivəsində əvvəlcə könüllülərə "Sab" ət və süd məhsulları emalı zavodunun iş prosesi barəsində ətraflı məlumat verilib. Qeyd edək ki, "SAB" brendi 1998-ci ildə əsası qoyulan "Zəhmət Ruzi" MMC-nin tərkib hissəsi olaraq yüksək keyfiyyətli ət və süd istehsalını, eləcə də emalını həyata keçirir. Daha sonra könüllülər müasir avadanlıqlı istehsal sahələri, laboratoriyalar və anbarlarla təchiz olunan istehsalat prosesi ilə yaxından tanış olublar.