"SAB" brendi 1998-ci ildə əsası qoyulan "Zəhmət-Ruzi" MMC-nin tərkib hissəsi olaraq yüksək keyfiyyətli ət və süd istehsalını, eləcə də emalını həyat keçirir. Xırdalan şəhərində yerləşən zavodumuz ən müasir avadanlıqlı istehsal sahələri, laboratoriyalar, anbarlar və daşınma sistemləri ilə təchiz olunub. İstehsal demək olar ki, tam avtomatlaşdırılıb və prosesə daxil olan avadanlıqlarımız Almaniya, İtaliya və Polşadan gətirilib. Bütün bu sistemi isə hər biri öz sahəsinin peşəkarı olan 150-dən çox əməkdaşımız idarə edir. Şirkətimiz öz sektoru üzrə təqribən 15% bazar payı ilə ölkəmizin kolbasa, süd və delikates məhsulları istehsalında qabaqcıl yer tutur. Bütün bölgələrimizdəki ticarət nöqtələrində məhsullarımız təmsil olunur. Qeyd edək ki, məhsul çeşidlərimizin sayı ümumilikdə 100-dən çoxdur. Hər bir məhsulumuz isə "müasir texnologiya - unikal reseptura - keyfiyyətə daimi nəzarət" üçlüyü əsasında hazırlanır. Bunun nəticəsidir ki, məhsullarımız bir çox yerli və beynəlxalq qida sərgilərində dəfələrlə qalib olub, mükafatlara layiq görülüb. Fəaliyyətimiz halallıq, düzgünlük, ekoloji təbiilik, daimi inkişaf, şəffaflıq və məsuliyyətlilik prinsipləri üzərində qurulub. Əsas fəlsəfəmiz isə alıcıların istəklərini diqqətlə dəyərləndirmək və bu istəklərə uyğun ən yüksək keyfiyyətdə məhsul ərsəyə gətirməkdir. Keyfiyyətimizin əsas göstəricisi Qafqaz Müsəlmanları İlan təqdim etdiyi halallıq zəmanəti, həmçinin beynəlxalq səviyyəli ISO və ICRIC (Halal) sertifikatlarıdır. İstehsala başladığımız ilk gündən bəri məhsullarımızın insan sağlamlığına təsirinin fərqində olaraq bu yanaşmanı tədarükçü və müştərilərimizlə qarşılıqlı münasibətlərdə əks etdirməyə çalışmışıq. Ən əsası isə daim istehlakçılarımızın sağlamlığını və damaq dadını ön planda tutaraq "özümüzə rəva bilmədiyimiz məhsulu müştəriyə satmamaq" düsturundan kənara çıxmamışıq. Hətta istehsal və emal prosesinin tam şəffaflığını əks etdirmək üçün zavodumuzda hər günü "açıq qapı günü" elan etmişik. Hazırda qarışımızdakı əsas məqsəd yerli bazarın tələbatını tam qarşıladıqdan sonra gələcəkdə "SAB" - "Made In Azerbaijan" brendi ilə dünya bazarına çıxmaqdır.
Sabir Babayev "Zəhmət-Ruzi" MMC-ni təsis edir və şirkətin Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti 111 ünvanında ilk zavodu açılır. Elə ilk dövrlərdəcə istehsal edilən məhsulların alıcılar tərəfindən rəğbətlə qarşılanması gələcək işlərə böyük stimul verir.
“Zəhmət-Ruzi” MMC artıq öz məhsullarını “SAB” ticarət nişanı altında istehsal etməyə başlayır. “SAB” sözünün açıqlaması şirkətin qurucusu olan Sabir Atəməli oğlu Babayevin ad, soyad və atasının adının ilk hərflərindən götürülmüşdür.
"Zəhmət-Ruzi" MMC yeni ünvanda - Xırdalan şəhəri, akademik Həsən Əliyev küçəsi, 38-də 3 hektar ərazidə müasir zavod tikilir və istehsal həmin zavoda köçürülür. Zavodda laboratoriyalar, istehsal sexləri və anbar ən müasir avadanlıqlarla təchiz edilir, daşınma sistemləri yenidən qurulur.
"SAB" məhsulları "Moscow Halal - Expo - 2014" beynəlxalq qida sərgisinin qızıl medalına layiq görülür. Bundan başqa şirkət 2014-cü ildə Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tam sertifikatlaşdırılır. Bundan başqa "SAB" Qafqaz Müsəlmanları İdarəsinin halallıq zəmanəti verdiyi yeganə brenddir.
Məhsullar Qazaxıstanda keçirilən qida sərgisinin əsas mükafatı olan "Qrand Prix" mükafatını və ikinci dəfə "Moscow Halal - Expo - 2015" sərgisinin qızıl medalını qazandı.
"SAB" ticarət nişanı USAİD Təşkilatının dəstəyi ilə Azad İstehlakçılar Birliyinin təsis etdiyi "Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi nişanı"nın (AİQTN Keyfiyyət Nişanı) "Platinium" nişanına layiq görülür. Həmçinin brend yüksək keyfiyyətli məhsullara görə "Moscow Halal - Expo - 2016" sərgisində yenidən qızıl medalla mükafatlandırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 noyabr 2017-ci il tarixində Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olur. Prezident İlham Əliyevin diqqətinə “SAB” – “Made In Azerbaijan” markası ilə bazarlara çıxarılan 60 növ ət və 40 növ süd məhsullarının nümunələri təqdim edilir.