Sabir Atəməli oğlu Babayev 1998-ci ildə "Zəhmət-Ruzi" MMC-ni quraraq Azərbaycan bazarına yeni "SAB" brendini daxil etmişdir. Hal-hazırda "Zəhmət-Ruzi" MMC 3 hektardan artıq ərazidə yerləşir. Ən müasir avadanlıqlarla təchiz edilmiş labolatoriyalar, istehsal sexləri, anbar və daşınma sistemlərinə malikdir. "Zəhmət-Ruzi" ailəsində bu gün müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssis çalışır. Ailəmizi halallıq, işgüzar mühit, peşəkərlıq, əməksevərlik və vətənpərvərlik amilləri birləşdirir. Şirkətimiz iki sahədə - ət və süd məhsullarının istehsalı sektorunda tam gücü ilə çalışır. İslam qanunları əsasında hazırlanan, ekoloji təmiz, yüksək keyfiyyətli"SAB" ət və süd məhsulları beynəlxalq standartlara uyğun şəkildə, faydalı maddələr və minerallarla zəngin olan məhsullarımız sağlam qidalanma üçün ən düzgün seçimdir.
İnsan orqanizminə vacib olan faydalı maddələr və minerallarla zəngin olan məhsullarımız sağlam qidalanma üçün ən düzgün seçimdir. Azərbaycanın sağlam sabahı naminə çalışan "SAB" ticarət nişanı "AZS" Keyfiyyət, İdarəetmə Standartlarının sertifikatına layiq görülmüşdür. "Zəhmət-Ruzi" MMC-nin "SAB" nişanlı kolbasa və süd məhsullarının istehsalı Azərbaycan İstehsalçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) proqramının tələblərinə uyğun olduğuna görə platin səviyyəli Qida Təhlükəsizliyi Nişanına layiq görülmüşdür. Bu da istehlakçıya şirkətimizin məhsullarından əminliklə istifadə etmək imkanı yaradır. İslamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlanan "SAB" ticarət nişanlı məhsulların halallığına "Qafqaz Müsəlmanları İdarəsi" təminat verir.
"Zəhmət-Ruzi" ailəsində bu gün müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssis çalışır. Ailəmizi halallıq, işgüzar mühit, peşəkərlıq, əməksevərlik və vətənpərvərlik amilləri birləşdirir. Komandamız gənc, yaradıcı, yüksək daxili məsuliyyətli, vəzifə borcunu vaxtında və keyfiyyətlə yerinə yetirən, vahid komandada birləşməyi bacaran, işini səlis bilən və daim öz üzərində işləyən qrupdur.Bütün əməkdaşlarımızın çalışdığı sahələr üzrə diplomları, sertifikatları və nailiyyətləri vardır.
Zavodumuz iki sahədə - ət və süd məhsullarının istehsalı sektorunda tam gücü ilə çalışır. İstehsal üçün əsas xammal Azərbaycanın səfalı bölgələrindən gətirilir. Bizim zavodda 100-ə yaxın çeşiddə kolbasa, sosislər, delikateslər və süd məhsulları istehsal olunur.
"SAB" şirkəti 100-dən çox çeşiddə hər zövgə və dada uyğun ət və süd məhsulları istehsal edir. Bura bişmiş, yarım hissə verilmiş, çiy hissə verimiş kolbasalar, sosislər, delikateslər, cürbəcür kəsmiklər, ayranlar, dovğalar və qatiqlar daxildir. Bütün məhsullar özünəməxsus reseptlər əsasında hazırlanır, əsas elementi - diqqətlə seçilmiş ədviyyatlardır. Onların sayəsində hər bir məhsul hüsusi dada malikdir
Yüksək istehsal qabiliyyəti, müasir texnologiya və ixtisaslı kadrlar şirkətə sutkada 35 ton kolbasa məhsulu istehsal etməyə imkan verir.
"SAB" şirkəti təxminən 15% bazar payı ilə Azərbaycanda aparıcı kolbasa, süd və delikates məhsullarının istehsalçısıdır.